“Beşiktaş” hücum xəttini onunla gücləndirmək istəyir
15.01.2025 , 11:35

“Beşiktaş” yeni transfer üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Sivasspor”un ulduzu Rey Manay ilə heyətini gücləndirmək istəyir.
Keçən həftə klubu ilə müqaviləsi 1,5 ilə qədər uzadılan albaniyalı ulduz üçün danışıqlar davam edir.
“Beşiktaş” dəyəri 4 milyon avro olan hücumçunun transferini reallaşdırmaq üçün Anadolu təmsilçisi ilə razılığa gəlməyə çalışır.
