“Beşiktaş” hücum xəttini onunla gücləndirir
22.04.2025 , 12:45

“Beşiktaş” yeni mövsüm üçün hücum xəttini gücləndirmək istəyir.
Korner.az xəbər verir ki, , İstanbul təmsilçisi “Budo Qlimt”də çıxış edən Kasper Heqi ilə maraqlanır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, “Beşiktaş”ın danimarkalı forvard üçün Norveç klubu ilə danışıqlara başlayacağı bildirilib.
24 yaşlı hücumçu bu mövsüm “Budo Qlimt”in heyətində 20 oyuna çıxıb, 11 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
