“Beşiktaş” gənc ulduzu istəyir
08.01.2025 , 12:30
Transfer çalışmalarını davam etdirən “Beşiktaş” üzünü sürpriz ada çevririb.
Korner.az xəbər verir ki, Türkiyə klubu “Barselona”da çıxış edən Ansu Fatini gündəminə gətirib.
“Ağ-qaralar”ın 22 yaşlı ispaniyalı cinah oyunçu üçün tezliklə Kataloniya təmsilçisinə icarə təklifi göndərəcəyi gözlənilir.
Bu mövsüm Fati “Barselona”nın heyətində 8 matçda 186 dəqiqə meydanda olub.
Hazırkı məlumatlara görə, bazar dəyəri 10 milyon avro olan ulduz futbolçunun komandası ilə müqaviləsi 2027-ci ildə başa çatacaq.