“Beşiktaş” futbolçusu üçün nə fikirləşir?
08.05.2023 , 15:13
“Beşiktaş”a “Alanyaspor”dan icarə əsasında keçən Tayfur Bingöl komandada qalmağı hədəfləyir.
Korner.az xəbər verir ki, futbolçu çalışdırıcısı Şenol Günəşin verdiyi şanslardan səmərəli istifadə etməyə çalışır.
Türkiyə mətbuatının xəbərinə görə, “Beşiktaş” rəhbərliyi Tayfur Bingölə 1,5 milyon avro ödəmək istəmir. Rəhbərliyin şərti 30 yaşlı futbolçu üçün qonorarı 500 min avroya endirməkdir.