“Beşiktaş” bu futbolçunu transfer edə bilər
17.05.2023 , 10:56
Yeni mövsüm üçün hazırlığını davam etdirən “Beşiktaş” “Volfsburq”dan Josuha Quilavoguini transfer edə bilər.
Korner.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb.
Yayılan xəbərə görə, 32 yaşlı futbolçunun müqaviləsini başa vurduqdan sonra mövsümün sonunda komandadan ayrılacağı bildirilib.
O, bu mövsüm “Volfsburq”un heyətində 24 matçda meydana çıxıb və 1 qol vurub.