“Beşiktaş” Fabio ilə danışıqlara başladı
09.05.2023 , 20:48
“Beşiktaş” Fabio Borini heyətinə cəlb etməyə yaxındır.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Futbolçu ilə hazırda danışıqlar aparıldığı və müqavilə imzalanmağı planlaşdırılır.
Fabio Borini “Fatih Karagümrük”ün heyətində 29 oyuna çıxıb və 20 qol və 9 məhsuldar ötürmə ilə töhfə verib.