İstanbulun "Beşiktaş" klubu "Fənərbağça"nın sabiq futbolçusu Reto Ziqleri heyətinə qatmağa hazırlaşır.
Korner.az-ın məlumatına görə, İsmayıl Köybaşının zədələnməsindən sonra sol cinah müdafiəsini gücləndirməyi planlaşdıran "Qara qartal" Rusiyanın "Lokomotiv" (Moskva) klubunda icarə əsasında çıxış edən Ziqleri transfer edir.
İtaliyanın "Yuventus" klubuna məxsus futbolçu bu xəbəri təsdiq edib.
