Türkiyənin “Beşiktaş” klubu mövsümün əvvəli transfer edə bilmədiyi “Antalyaspor”un ulduz futbolçusu Etonu qış transfer pəncərəsində rənglərinə qatmaq istəyir.
Koner.az-ın məlumatına görə, “Beşiktaş” icarə əsasında kamerunlu futbolçunu transfer etmək istəsə də, “Antalyaspor” futbolçunu satmat fikrindədir.
“Antalyaspor” isə afrikalı futbolçunun əvəzinə müəyyən miqdar pul və Ömər Şişmanoğlu ilə Kerim Freini istəyir.
