“Beşiktaş” El Bilal Turenin zədələndiyini açıqladı
10.10.2025 , 17:45
“Beşiktaş” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, komandanın hücumçusu El Bilal Ture zədələnib.
Klubun mətbuat xidmətinin məlumatına görə, malili futbolçunun ayaq əzələsində problem aşkarlanıb.
24 yaşlı forvardın 2–3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Xatırladaq ki, El Bilal Ture bu ilin avqust ayında “Atalanta”dan icarəyə götürülüb. O, “Beşiktaş”ın heyətində indiyədək keçirdiyi 5 rəsmi oyunda 1 qol vurub.