www.etopaz.az-ın bazar gününə olan bu dəfəki proqramı da maraqlı oyunlarla zəngindir. Proqramda yer alan təxminən 150 matçdan 13-ü proqnozsevərlərə "tək oyun" kimi təqdim olunur. Tək mərc ediləcək oyunlardan ilk olaraq Fransa liqasının "Lion" – "Reyms" görüşü başlayacaq.
Saat 17-də start götürəcək qarşılaşmada meydan sahibləri favorit sayılır. Bu dueldə "Lion"un qələbəsi 1.30 əmsalla dəyərləndirilir. Heç-heçənin əmsalı 4.10-a, "Reyms"in zəfəri isə 7-yə bərabərdir. Günün digər "təkli oyunlar"ı arasında maraqla gözlənilən duellər var. İspaniya La liqasında Sevilya derbisi – "Sevilya" – "Betis" matçı prinsipiallığıyla seçilir. Bu qarşılaşma gecə saat 00:30-da başlanacaq. Fransa liqasında gecə saat 12-də başlanacaq "Bordo" -"Marsel" görüşü də proqnozsevərlər üçün maraqlı oyunlardan sayılır. Türkiyə superliqasında səfərdə "Antalyaspor"la qarşılaşacaq "Beşiktaş"ın oyunu da maraqla gözlənilir. Bu tur iki İstanbul "nəhəngi" – "Qalatasaray" və "Fənərbaxça" xal itirib, görək "Beşiktaş" Antalya səfərindən necə dönəcək?
Proqramda yer alan yeganə canlı mərcə açıq qarşılaşma isə İngiltərə premyer liqasının saat 20-də başlayacaq "Fulhem" – "Sanderlend" oyunudur. www.etopaz.az bu görüş üçün əmsalları belə müəyyənləşdirib: "Fulhem"in qələbəsi 1.55, heç-heçə 3.50, "Sanderlend"in qələbəsi 4.50. Canlı mərc zamanı isə bu əmsallar oyunun gedişindən asılı olaraq təbii ki, dəyişəcək.
Dəyişməyən yalnız www.etopaz.az-ın şərtləri, sizin üçün yaratdığı rahatlıqdır. İstirahət gününü daha rəngarəng və maraqlı etmək istəyirsinizsə, www.etopaz.az hər zaman sizin yanınızdadır. Oynayın, həm istirahət edin, həm də qazanın!!!
