“Beşiktaş” “Çelsi”nin müdafiəçisini transfer etmək istəyir
10.10.2025 , 14:30
“Çelsi”nin futbolçusu Aksel Disasi karyerasını Türkiyədə davam etdirə bilər.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Beşiktaş” fransalı müdafiəçinin xidmətində maraqlıdır.
İstanbul klubu 27 yaşlı oyunçunu yanvar ayında satınalma bəndi ilə icarəyə götürmək niyyətindədir.
Qeyd edək ki, Disasi 2023-cü ilin yayında “Monako”dan “Çelsi”yə 45 milyon avroya transfer olunub. Baş məşqçi Entso Mareskanın qərarı ilə futbolçu hazırda əsas komandadan uzaqlaşdırılıb.