"Beşiktaş" klubu "Qalatasaray" və "Bursaspor"un da transfer siyahısında yer alan Olcay Şahan üçün rəsmi təklif göndərib.
Korner.az-ın məlumatına görə, "ağ-qaralar" Almaniyanın "Kaiserslautern" komandasında forma geyinən futbolçu üçün görüşmələrə başlayıb. Ötən mövsüm 27 Bundes Liqa matçına çıxan Şahan 2 qol vurub 1 asistend edib.
25 yaşlı futbolçu 1 dəfə də Türkiyə A2 milli komandasının şərəfini qoruyub.
