“Beşiktaş” bu oyunçunu göndərir
13.03.2025 , 18:30

“Beşiktaş” oyunçusu Semih Kılıçsoyla bağlı qərarını verib.
Korner.az xəbər verir ki, “ağ-qaralar” futbolçu ilə yollarını ayırmaq istəyir.
İstanbul klubu mərkəz hücumçusu üçün yaxşı məbləğdə təklif gələrsə, Semihi göndərəcək.
19 yaşlı futbolçu bu mövsüm “Beşiktaş”ın heyətində 37 oyunda çıxış edib, 4 qol vurub, 6 məhsuldar ötürməyə imza atıb.
