“Beşiktaş” bu futbolçunu transfer edəcək
21.01.2025 , 14:30

“Beşiktaş” yeni baş məşqçisi ilə transfer çalışmalarını davam etdirir.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Göztəpə”nin ulduzu Romulo Kardosonu gündəmə gətirib.
Müqavilə ilə “Atletiko Paranaense” məxsus olan 22 yaşlı hücumçunun “Göztepe”dən 2,5 milyon avroya satın alma opsiyasına sahib olduğu bildirilir.
“Qara-ağlar” satın alma opsiyasını aktivləşdirmək üçün əvvəlcə “Göztepe”yə təklif verəcək. İzmir komandası Romulonun transfer haqqını alarsa, iki klub arasında danışıqlar başlayacaq.
Braziliyalı forvardın da “Beşiktaş”ya keçmək istədiyi bildirilir.
“Göztepe”də 18 matça çıxan Romulo 10 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
