“Beşiktaş” bu futbolçunu gətirir
27.03.2024 , 19:58

“Qaziantep”in sabiq baş məşqçisi Marius Sumudica komandanın hücumçusu Denis Draqus haqda açıqlama verib.
Korner.az xəbər verir ki, o, “Hoffenhaym”ın Draqus üçün təklif etdiyini bildirib.
Rumıniyalı çalışdırıcı hücumçu ilə “Beşiktaş”ın da maraqlandığını qeyd edib.
“Qaziantep”də 28 matçda forma geyinən 24 yaşlı Draqus 12 qol vurub, 1 məhsuldar ötürmə edib.
