“Beşiktaş” bu dəfə onu hədəfə aldı
28.04.2025 , 15:00

“Beşiktaş”ın yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, Superliqa təmsilçisi “Trabzonspor”un futbolçusu Oleksandr Zubkovla maraqlanır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İstanbul təmsilçisi yayda ukraynalı oyunçunun keçidini tamamlamağı düşünür.
28 yaşlı futbolçunun Qaradəniz klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına kimi qüvvədədir.
