“Beşiktaş” bu dəfə axtardığını İtaliyada tapdı
24.06.2025 , 14:35

“Roma”nın hücumçusu Temmi Abraham “Beşiktaş”a keçə bilər.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, Super Liqa təmsilçisinin ingiltərəli futbolçu ilə yaxından maraqlandığı bildirilib.
“Beşiktaş” yaxın zamanda İtaliya klubu ilə danışıqlara başlayacaq.
Paytaxt təmsilçisi 27 yaşlı forvardı satmağı düşünür.
