“Beşiktaş” braziliyalı oyunçu transfer edir
11.06.2025 , 14:30

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Konyaspor”un hücumçusu Pedrinyo ilə maraqlanır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İstanbul klubu braziliyalı oyunçunun transferini bu ay həll etməyə çalışacaq.
Onun “Konyaspor”la hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına kimidir.
