“Beşiktaş” “Benfika”dan futbolçu transfer edir
19.07.2024 , 12:27

“Beşiktaş” yeni transferə hazırlaşır.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Benfika”da çıxış edən Aleksandr Bax üçün hərəkətə keçib.
Super Liqa klubu bazar dəyəri 13 milyon avro olan 26 yaşlı danimarkalı futbolçu üçün icarə təklifi edib.
Yeni mövsümdə “Benfika”da rotasiyada olacağı hesab edilən Baxın komandadan gedəcəyi görünür.
Futbolçunun Portuqaliya klubu ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.
