“Beşiktaş” baş məşqçisini göndərdi
27.10.2022 , 16:12

“Beşiktaş” baş məşqçisi Valeryen İsmaellə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Fransalı məşqçinin istefasına komandanın bu mövsümdəki uğursuz çıxışı səbəb olub.
Komanda bu mövsüm 19 xalla hazırda 5-ci pillədə qərarlaşıb.
