“Beşiktaş” Brian Ruizdən sonra gözünü İspaniyaya çevirib.
Korner.az-ın məlumatına görə, Türkiyə təmsilçisi, “Barselona”nın hollandiyalı futbolçusu İbrahima Affelayla maraqlanır. Bu barədə ispan mətbuatı yazıb.
Transferi gündəmdə olan 28 yaşlı futbolçunun “Napoli” matçının heyətinə alınmaması diqqətləri cəlb edib.
