“Beşiktaş” Bakıda – FOTO
12.05.2023 , 21:06
“Sabah”la xeyriyyə matçı keçirəcək “Beşiktaş” Bakıya gəlib.
Korner.az xəbər verir ki, klubun baş məşqçisi Şenol Günəş və futbolçular Heydər Əliyev adına Beynəlxalq hava limanının çıxışında azarkeşlərin coşğulu alqışları ilə qarşılanıblar.
“Sabah” – “Beşiktaş” qarşılaşması 13 may, saat 18:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Oyundan əldə olunan gəlir Türkiyədə zəlzələdən əziyyət çəkən bölgələrdən birində məktəb tikintisinə ianə ediləcək.