“Beşiktaş” azarkeşləri üçün üzücü xəbər
01.03.2019 , 16:28

“Beşiktaş” “Kayserispor” klubu ilə görüşə ciddi itkilərlə çıxacaq.
“Qara qartallar”ın yaponiyalı yarımmüdafiəçi Sindzi Kaqava və türkiyəli müdafiəçi Gökhan Gönül zədə səbəbi ilə görüşü buraxmalı olacaqlar. Hər iki futbolçu ayağından zədə alıb.
Qeyd edək ki, “Kayserispor” – “Beşiktaş” sabah keçiriləcək.
