“Fənərbaxça”nın kapitanı Əmrə Bəlözoğlu “Beşiktaş” azarkeşlərinin təzyiqinə məruz qalıb.
Korner.az-ın məlumatına görə, “saı lacivərdlilər”in aparıcı üzvü Türkiyənin Mudanya vilayətinə bir tədbirə qatılmaq üçün yollanıb. Təcrübəli futbolçu yolda “Beşikaş”ın azarkeşləri ilə qarşılaşıb.
“Qara qartal”ın fanatları Əmrənin maşınına hücum çəkiblər. Avtomobilin faralarına və kapotuna ciddi ziyan vuran azarkeşləri Bəlözoğlunun yanında olan Orxan Akın silah çəkərək hadisə yerindən uzaqlaşdıra bilib.
