“Beşiktaş” “Ayaks”dan futbolçu gətirir
04.06.2024 , 10:32

“Beşiktaş” yeni transferə hazırlaşır.
Korner.az xəbər verir ki, İstanbul klubu “Ayaks”ın futbolçusuna “elçi” düşüb.
Söhbət Stiven Berquisdən gedir.
Hollandiya komandası müqaviləsinin bitməsinə 1 il qalmış Berquisi transfer qarşılığında satmağa razı ola bilər.
Ötən mövsüm “Ayaks”ın heyətində 29 rəsmi oyuna çıxan Stiven Berquis bu matçlarda 8 qol vurub, 10 məhsuldar ötürmə edib.
