“Beşiktaş” axtardığı hücumçunu Premyer Liqa klubunda tapdı
18.04.2025 , 16:30

“Beşiktaş” yeni hücumçu axtarışlarına başlayıb.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Sauthempton”un futbolçusu Pol Onuaçunu transfer etmək istəyir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, Superliqa klubunun yaxın zamanda 30 yaşlı forvard üçün İngiltərə komandası ilə danışıqlara başlayacağı vurğulanıb.
Bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 25 oyun keçirən nigeriyalı 4 qol vurub, 1 məhsuldar ötürmə edib.
