"Beşiktaş" komandasına inanılmaz cəza gəldi.
Korner.az-ın məlumatına görə, UEFA İntizam Komitəsinin qərarı ilə İstanbul təmsilçisi bir il müddətinə Avropa kuboklarından kənarlaşdırılıb və klubu 200 min avro məbləğində cərimələyib.
Buna "Beşiktaş"ın UEFA-nın maliyyə ilə bağlı lizensiyalaşdırma şərtlərinə əməl etməməsi səbəb olub.
Məsələ burasındadır ki, “Beşiktaş”ın öz futbolçularına və müxtəlif qurumlara külli miqdarda borcu var. Komandanın əcnəbi futbolçuları pullarını ala bilmədikləri üçün UEFA-ya şikayət ediblər. Hazırda dərin maliyyə böhranı içində olan “Beşiktaş” borclarını ödəyə bilmir.
Qeyd edək ki, Avroliqaya "Beşiktaş"ın yerinə "Eskişehirspor"un getməsi gözlənilir.