“Beşiktaş” “Atletiko”dan futbolçu gətirir
11.12.2023 , 10:29

“Beşiktaş” yeni transferə hazırlaşır.
Korner.az xəbər verir ki, “ağ-qaralar” “Atletiko Madrid”dən Xavi Qalanı heyətinə cəlb etmək istəyir.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Futbolçu ilə “Beşiktaş”dan başqa, “Real Betis”, PSV və Frankfurt klublarının da maraqlandığı bildirilir.
