İstanbulun "Beşiktaş" klubu daha bir aparıcı futbolçusu ilə yollarını ayırır. Korner.az-ın məlumatına görə, bu dəfə Egemen Korkmaz "qara qartal"dan gedir. Müdafiəçinin "Beşiktaş"dan getməsinə səbəb puldu.
Belə ki klub rəhbərliyi futbolçuya ildə 1 milyon 250 bin TL verdiyi halda bu məbləğin azaldılmasını istəyib. Futbolçu isə bunu mümkünsüz olduğunu bildirərək bunları deyib:
"Bir neçə klub məni istəyərkən, fədakarlıq edib "Beşiktaş"a gəldim və bura sadiqlik göstərdim. Lakin siz məndən ödənişimin azalmasını istəyirsiniz. Təklifiniz üçün çox sağ olun. Ancaq mən pulumuz itəyirəm".