“Beşiktaş” – “Antalyaspor” matçına azarkeşlər buraxılacaq
10.05.2021 , 20:40
Türkiyə kubokunun final matçına azarkeşlər buraxılacaq.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə Fubol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Belə ki, “Beşiktaş”la “Antalyaspor” komandaları arasında keçiriləcək final matçına stadionun tutumunun üçdə biri qədər azarkeş buraxılacaq.
Qeyd edək ki, “Beşiktaş” – “Antalyaspor” matçı mayın 18-də keçiriləcək. Oyuna saat 21:45-də start veriləcək.