“Beşiktaş” Almaniya klubundan futbolçu gətirir
29.04.2023 , 16:29
Artıq növbəti mövsüm üçün transfer hazırlıqlarına başlayan “Beşiktaş” daha bir futbolçu üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, klub “Volfsburq”dan Paulo Otavionu heyətinə cəlb etmək istəyir.
Müdafiəçi mövsümün sonunda müqaviləsi başa çatdıqdan sonra Almaniya komandasını tərk edəcək. Onunla Türkiyə təmsilçisi ilə yanaşı, bir çox klublar da maraqlanır.
Braziliyalı futbolçunun hazırkı bazar dəyəri isə 6 milyon 500 min olaraq göstərilir.