“Beşiktaş” “Alanyaspor”la heç-heçə etdi
09.02.2026 , 10:30
Türkiyə Super Liqasında 21-ci turun görüşləri baş tutub.
Korner.az xəbər verir ki, doğma meydanda “Alanyaspor”u qəbul edən “Beşiktaş” 2:2 hesabı ilə bərabərə qalıb.
Qolları “Alanyaspor”dan G. Yalçın (9, 16), “Beşiktaş”dan O. Kökçü (32 pen.) və Oh Hyen Gyu (54) vurub.
Bu nəticədən sonra “Beşiktaş” 37 xalla 5-ci, “Alanyaspor” isə 23 xalla 10-cu pillədə qərarlaşıb.