“Beşiktaş” açıqlama yaydı
11.12.2023 , 14:55

“Beşiktaş” 5 futbolçusunu komandadan kənarlaşdırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Yayılan xəbərdə, əsas komandanın 5 oyunçusu – Samet Aibaba Vinsent Abubakar, Valentin Rozye, Erik Bayi, Raşid Qezzal və Jan Onananın heyətdən uzaqlaşdırıldığı bildirilib.
Buna səbəb, komandadakı zəif performans olub.
