“Beşiktaş” 8 futbolçunu birdən göndərir
18.03.2025 , 21:40

“Beşiktaş” yeni mövsüm üçün heyətində təmizlik işləri aparacaq.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi yayda 8 futbolçusu ilə sağollaşmağı planlaşdırır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Mövsümün sonunda komandadan Joao Mario, Aleks Oksleyd-Çemberleyn, Ciro İmmobile, Qabriel Paulista, Ernest Muçi, Baxtiyor Zaynutdinov, Salih Uçan və Onur Bulutun ayrılacağı gözlənilir.
