“Beşiktaş” 7 futbolçunu birdən göndərir
11.07.2024 , 13:30

“Beşiktaş” yeni mövsüm üçün hazırlıqlarını davam etdirir.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi 7 futbolçusu ilə sağollaşmağa hazırlaşır.
Klub, Ante Rebic, Aleks Oxlade Chamberlain, Daniel Amartey, Ajdin Hasic, Javi Montero və Vincent Abubakar ilə yollarını ayıracaq.
Buna səbəb, “Beşiktaş”ın birbaşa komandaya töhfə verəcək futbolçularla yola davam etməsini istəməsidir.
