Belarusun “Qomel” klubunun direktoru Yevgeni Pobolovets ölkə çempionatının internet üzərindən teleyayımı üçün təkliflər aldığını deyib.
Korner.az-ın məlumatına görə, o, son iki ildə kluba teleyayım üçün beş xarici şirkətin müraciət etdiyini bildirib.
“Əlbəttə, mən onların irəli sürdüyü təklifi açıqlaya bilmərəm, ancaq xeyli yüksək məbləğ təklif edirlər. Hazırda 5 xarici şirkətdən təklif almışıq. Onlar ümumilikdə ölkə çempionatının internet üzərindən teleyayım hüququnu almaq istəyirlər”, – deyə Pobolovets söyləyib.
Qeyd edək ki, bir neçə ildir Belarusun yüksək və aşağı dəstə komandaları oyunlarını ölkə federasiyasının təmin etdiyi avadanlıq hesabına yayımlayırlar.
