Beş boksçumuzdan məğlubiyyət
24.04.2024 , 11:36

Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının (15 aprel – 29 aprel) 6-cı günü Azərbaycan boksçuları üçün uğursuz olub.
Korner.az xəbər verir ki, dünən 1/4 final mərhələsində rinqdə çıxan 5 qadın boksçusumuzun hamısı məğlub olub. Beləliklə, onlar Avropa çempionatını medalsız başa vurublar.
Həmin boksçuların iştirakı ilə keçirilən döyüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
48 kq. Anaxanım İsmayılova – Sevda Yuliyanova (Bolqarıstan) – 0:5
50 kq. Marjona Savriyeva – Nina Radovanoviç (Serbiya) 1:4
52 kq. Zeynəb Rəhimova – Venelina Poptoleva (Bolqarıstan) – 0:5
57 kq. Məhsəti Həmzəyeva – Svetlana Kamenova (Bolqarıstan) – 0:5
66 kq. Şəhla Allahverdiyeva – Milena Matoviç (Serbiya) – 0:5
Qeyd edək ki, Azərbaycan milli komandası Avropa çempionatına ümumən 18 boksçu ilə yollanıb. Onlardan 11-i çıxışını başa vurub. Hələlik yalnız kişi boksçusu Alfonso Dominqes (92 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib.
