“Bruno Bertuççi elə zədə alıb ki, adətən bu problemin həllinə 6-8 həftə vaxt tələb olunur”.
Korner.az-ın məlumatına görə, bu sözləri braziliyalı futbol həkimi fabio Boldrini deyib.
Cənubi amerikalı mütəxəssis Azərbaycan çempionu “Neftçi”nin müdafiəçisi Bruno Bertuççinin durumuna aydınlıq gətirib. Boldrini fevralın 14-də zədələnən braziliyalının vəziyyəti ilə bağlı açıqlama verib: “Lakin biz onun sümüyündəki qırığı rekord müddətdə – 4 həftəyə bərpa etdik. Artıq müdafiəçi ağrılar hiss etmir və oynaya da bilər. Lakin Bruno bərpa prosesi də keçməlidir. Klub rəhbərliyi də bilir ki, müdafiəçi başqa ölkədə belə tez sağala bilməzdi”.
