"Neftçi"nin braziliyalı müdafiəçisi Bruno Bertuççi bu il Avropanın məşhur klublarından birinə keçə bilər.
Korner.az-ın məlumatına görə, bu iddianı ingilis köşə yazarı Den Talintir irəli sürüb.
2012-ci ili yüksək səviyyədə keçirərək Avropanın adlı-sanlı klublarına transfer olunmağı haqq edən 10 cənubi amerikalı futbolçunun siyahısını hazırlayan həmkarımız Bertuççini də siyahıya daxil edib. Kiçik arayışda Brunonun "Neftçi"nin heyətində Avropanın qrup mərhələsində oynadığını qeyd edən köşə yazarı, "sambaçı"nın artıq avropalı skautların hədəfində olduğunu və tezliklə "Köhnə qitə"nin məşhur klublarından birinə keçəcəyini iddia edib.
