2014-cü il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 7-də Bakıda İsrail, sentyabrın 11-də Braqada Portuqaliya yığması ilə qarşılaşacaq millimiz yenidən bir araya gəlir.
Korner.az-ın xəbərinə görə, baş məşqçi Berti Foqts həmin oyunlara hazırlıq məqsədilə komandamızı avqustun 28-dən təlim-məşq toplanışına yığacaq.
