“Avro-2012”də yarımfinalda mübarizəni dayandıran Almaniya millisinin ünvanına yönələn tənqidlərə millimizin baş məşqçisi Berti Foqts qarşı çıxıb. Korner.az-ın məlumatına görə, "Goal.com"a danışan Foqts Almaniya milli komandasının çalışdırıcısı Yoahim Lövü müdafiə edib:
“Lövün sayəsində yaxşı bir komanda formalaşıb. “Avro-2012”dəki son oyuna qədər çempionatın ən yaxşı komandası Almaniya idi. Finalda oynaya bilərdik. Amma alınmadı. Braziliyadakı dünya çempionatına kimi komanda 80 faiz hazır olacaq. Son çempionatdan isə futbolçularımız çox şey öyrəndi”.
