Futbol üzrə milli komandamızın baş məşqçisi Berti Foqts FİFA-nın rəsmi saytına açıqlama verib.
Korner.az-ın məlumatına görə, almaniyalı mütəxəssis Premyer Liqa klublarının baş məşqçilərini tənqid edib:
“Azərbaycan futbolunun yaxşı gələcəyi var. Dövlət tərəfindən bu idman növünün inkişafına yaxşı maliyyə ayrılıb. Təəssüf ki, eyni sözü klublara şamil etmək olmur. Onların məşqçiləri isə öz üzərlərində yetərincə işləmirlər. Qarşıda hələ çox şey edilməlidir”.