Futbol üzrə milli komandamızın baş məşqçisi Berti Foqts Polşa yığmasına lazım olmadı. Korner.az-ınməlumatına görə, bu barədə Polşa Futbol Federasiyasının (PFF) prezidenti Qjeqoj Lyato açıqlama verib.
Polşa millisinin baş məşqçi postuna namizəd olan Berti Foqtsa da ehtiyac duyulmayıb: "Qərar verdik ki, millini yerli mütəxəssis çalışdırsın. Belədə Polşa millisinin baş məşqçi postuna namizəd olan əcnəbi mütəxəssislər də bizə lazım olmadı”.
