Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün Azərbaycan kuboku uğrunda yarışın 1/2 final mərhələsinin cavab oyunlarından birini izləyəcək. Korner.az-ın məlumatına görə, almaniyalı çalışıdırıcı Bakıda “Neftçi” və “İnter” arasında paytaxt derbisini stadiondan seyr edəcək. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək qarşılaşma saat 17:20-də başlayacaq.
