“Komandanın oyunundan razı qaldım. Rəqib daha hazırlıqlı idi. Bəzi səhvlərə baxmayaraq, komanda pis təsir bağışlamadı".
Korner.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, bu sözləri millimizin baş məşqçisi Berti Foqts deyib.
Alman çalışdırıcı bu gün Dubayda Özbəkistan yığmasına qarşı keçirilən yoxlama oyunundan (0:0) sonra futbolçularının hazırlığının hələlik lazımi səviyyədə olmadığını söyləyib:
"Heyətdə bəzi yeniliklər etdim. Oyun gənc futbolçuların təcrübə qazanması baxımından faydalı oldu”
