Dünən Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun Azərbaycan və Malta milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununa həsr olunmuş mətbuat konfransı təşkil olunub.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumatına görə, almaniyalı mütəxəsəsis Malta ilə qarşılaşmanın milli komandamız üçün vacib olduğunu bildirib:
“Malta yığması ilə oyun bizim üçün çox vacibdir. Futbolçuları iş başında görmək, onların beynəlxalq oyun təcrübəsinin yüksəlməsi baxımından bu qarşılaşmanın əhəmiyyəti böyükdür. Lüksemburq yığması ilə qarşılaşmada bir çox əlverişli epizodda qol vura bilmədik. Bu problemin aradan qaldırılması üzərində çalışacağıq. Hazırlıq prosesində əsasən cinahlardan təhlükəli hücumların qurulmasını diqqət mərkəzində saxlayacağıq”.
