Azərbaycan millisinin baş məşqçisi Berti Foqts ölkəsinin ən köklü klublarından olan "Bavariya"nın vergidən yayınmaqda ittiham olunması ilə bağlı danışıb.
Korner.az-ın məlumatına görə, alman mütəxəssis “Bavariya”nın prezidenti Uli Hönessə və Münhen klubuna dəstək verib: “Mən həmişə Hönessin tərəfində olacam. O, elə yaxşı insandır ki… Həmişə də başqaları üçün çalışıb. Bundan başqa heç bir şərh verməyəcəm”.
