Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts dekabrın 6-da Lənkərana gedəcək.
Korner.az-ın məlumatına görə, alman mütəxəssis Lənkəran şəhər Mərkəzi stadionunda keçiriləcək Premyer Liqanın VI turundan təxirə salınmış "Xəzər Lənkəran" – "Bakı" oyununu izləyəcək.
