Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sabah qarşılaşacaqları Lüksemburqla oyunöncəsi sözügedən ölkədə keçirib.
Korner.az-ın məlumatına görə, alman mütəxəssis millimizin qələbə şansından danışıb:
“Hazırlıq artıq sona çatdı. Bu gün son məşqimiz olacaq. Məşq prosesindən çox razı qaldım. Çətin məşqlərə baxmayaraq, futbolçular böyük həvəslə çalışıblar. Lakin həmişə demişəm ki, məşqlə oyun fərlqidir. Futbolçular özlərini oyunda göstərməlidirlər.
Lüksemburq millisinin hansı nəticələr əldə etdiyini, Portuqaliya yığmasına necə çətin anlar yaşatdığını, digər oyunlarda yaxşı təsir bağışladığını bilirik. Sabah kim daha az səhv etsə, o da qalib gələcək.
Lüksemburq yığmasının gənc baş məşqçisi var. Portuqaliya millisinə uduzdquları oyunda heç-heçə etməli idilər. İsrail yığmasına qarşı pis oynayıblar. Hər şeyi təhlil etmişik.
Rəqibin zəif tərəflərini deməyəcəm, çünki bundan istifadə etmək istəyirik. Lüksemburq yığmasında hücumçuları fərlqəndirərdim.
Yeri gəlmişkən, Azərbaycan xalqını Novruz bayramı münasibtəilə təbrik edirəm”.
