Azərbaycan milli komandasına daha bir futbolçu çağırılıb.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda İspaniyanın çempionatının II divizionunda çıxış edən “Mursiya” klubunun üzvü Eddi Silvestr Paskual İsrafilov yığmamızın qarşıdakı toplanışına dəvət edilib. Berti Foqts mayın 25-də başlayan təlim-məşq toplanışında bu yarımmüdafiəçini də sınaqdan keçirəcək.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü bu futbolçunun anası İradə İsrafilova Bakı şəhərində anadan olub və azərbaycanlıdır.